“Kəpəz” klubunda ayrılıq yaşanıb.
Fanat.Az xəbər verir ki, müqavilə müddəti başa çatan Yusif Nəbiyev komandanı tərk edib.
Bu barədə öz "Instagram" səhifəsində paylaşım edən 26 yaşlı müdafiəçi kluba təşəkkürünü çatdırıb.

Qeyd edək ki, Yusif Nəbiyev ötən ilin yayından Gəncə klubunda çıxış edirdi.