"Turan Tovuz" komandanın ən yaxşı bombardiri Runi Eva ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb 26 yaşlı futbolçununm ötən mövsüm aldığından 2 dəfə çox əməkhaqqı tələb etməsidir.
Düzdür, Tovuz təmsilçisinin rəhbərliyi ona daha yüsksək məvacib təklif edib, amma bu məbləğ Evanın "qalıram" deməsinə kifayət etməyib. O, "boz qurdlar"dan iyunun sonunadək vaxt istəyib və hazırda digər variantları nəzərdən keçirməklə məşğuldur.
Qeyd edək ki, Eva "Turan Tovuz" forması ilə Premyer Liqada 32 matça çıxaraq 16 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan Kubokunda 5 oyun keçirən kamerunlu firvard 1 qol vurub və 1 dəfə komanda yoldaşına assistentlik edib.
Nihat