"Kəpəz"dən ayrılan Fərid Nəbiyevin yeni klubu müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, istedadlı yarımmüdafiəçi karyerasını yenə qərb təmsilçisində davam etdirəcək.
O, Gəncə klubunu Tovuz təmsilçisinə - "Turan Tovuz"a dəyişib. 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fərid Nəbiyev ötən ilin yayında Çexiyanın "Viktoriya" (Jijkov) klubundan "Kəpəz"ə transfer olunmuşdu. O, son mövsümdə Azərbaycan çempionatda 30 oyuna çıxaraq 4 qol vurub, 7 məhsuldar ötürmə verib.
Mirağa