Müqavilə ilə "Zirə"yə məxsus olan, son mövsümü icarə əsasında "Şamaxı"da keçirən Cəlal Hüseynov karyerasını Bolqarıstanın elita təmsilçilərindən olan "Arda"da davam etdirəcək.
Fanat.Az-ın məlumatına görə, "qartallar" Cəlalı "Arda"ya satıb.
Azərbaycanın əsas millisində 4 oyuna çıxmağa imkan tapmış 20 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Arxa xətt oyunçusu artıq tibbi müayinədən də uğurla keçib.
Qeyd edək ki, Hüseynov "Şamaxı" forması ilə Azərbaycan Premyer Liqasında 33 matçda iştirak edərək 1 məhsuldar ötürmə müəllifi olub. O, ölkə kubokunda 1 qarşılaşmada oynayıb.