15:16 19.06.2023 602

“De Byazinin bizə nə verdiyini seçmə mərhələlərdəki nəticələr göstərir” - MÜSAHİBƏ 

Milli komandamızın Estoniya ilə oyundakı çarəsiz görüntüsü, doğma meydanda xal itirməyimiz həm azarkeşləri, həm də mütəxəssisləri üzdü. Onsuz da gələcəyə nikbin baxmaq çətin idi. Bundan sonra bizi nə gözləyir?

Azərbaycan futbolunu düşdüyü bataqlıqdan xilas etmək üçün etməliyik? Belə sualların sayı kifayət qədərdir. Biz də bu suallara mütəxəssisdən cavab almaq istədik. Bir vaxtlar Mingəçevir “Avtomobil”çisində, Buzovnanın “Xəzri” və “Gənclik” komandalarında top qovan, hazırda isə uşaqlara futbolun sirlərini öyrədən “İdman ustası” Zöhrab Səttarovla həmsöhbət olduq.

- Zöhrab müəllim, ilk sualımız Estoniya ilə oyunla bağlıdı. Millimiz estonlarla oyunda necə göründü, komandanın oyunu sizdə hansı təəssüratları oyatdı?
- Kim bu vətənə sadiqdisə, onun futboluna, milli komandasına da biganə deyil. Ona görə də hər dəfə millimiz oynayanda, baxırıq, istəyirim ki, nəticələr ürəkaçan olsun. Bir mütəxəssis kimi biz də diqqət yetiririk ki, müsbət və mənfi tərəfləri görək, onları dilə gətirək. Ömrünü futbola vermiş, 2006-cı ildən də məşqçi kimi uşaqlarla işləyən bir mütəxəssis kimi mənim də millimiz, ümumilikdə futbolumuzun vəziyyəti ilə bağlı öz fikirlərim var. Ümumilikdə yığmamız bizim həmişə diqqətimizdədi, onun uğur qazanmasını arzulayırıq. Konkret Estoniya yığmasıyla oyuna gəlincə, sovet dövründə onların futbolu bizdən öndə olmayıb. Təkcə ölkə əhalisinin sayına və ərazisinə görə yox, futbolun səviyyəsinə görə də onları qabaqlamışıq. Bu gün Estoniya futbolu bizi qabaqlayırsa, deməli, müstəqillik illərində onlar uşaq futbolunda bizdən çox inkişaf edib. Əgər, hansısa ölkənin millisi “artırırsa”, deməli, onların uşaq futbolunda düzgün iş aparılır, yeni nəsillər, istedadlar ortaya çıxır. Azərbaycan millisi Estoniya oyunda özünü bizim təsəvvür etdiyimiz, arzuladığımız kimi göstərə bilmədi. Ramil Şeydayevlə Mahir Emreliyə böyük ümidlər bəsləyirdik. Ramil neçə vaxtdır ki, bizim gözümüzün önündədi, Mahir isə iki ilə yaxındır ki, legioner həyatı yaşayır. Onlardan çox şey gözləyirdik, ikisi də start heyətdə meydana çıxmışdı. Təkcə bu iki futbolçunun günahlandırmaq istəməzdim. Ümumilikdə komandamızın oyununda strategiya yox idi. Bilmirdik ki, millimiz oyunu hücumda qurub, yoxsa əks-hücumlara bel bağlamışıq. Nə taktika görünürdü, nə strategiya. Bunu da Canni De Byazi müəyyənləşdirməli idi. Rəqibə uyğun taktika qurmaq lazımdı. İtalyan çalışdırıcı bunu müəyyənləşdirə bilməmişdi. Baxmayaraq ki, Estoniya millisi səviyyəsə bizi üstələmir. Biz millini həmişə döyüşkən görmək istəyirik, xüsusən də ev oyunlarında. Amma Estoniya ilə görüşdə bundan əsər-əlamət yox idi. 90-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində biz özümüzü estonlardan güclü sayırdıq. 2005-15-ci illərdə biz Dövlət Proqramı qəbul etmişdik, uşaq futbolunu inkişaf etdirməliydik. Bütün bunlar da öz nəticəsini indi meydanda göstərməli idi. Təəssüflər olsun ki, illər keçir, amma bizim komandamızda nə məşqçi işi görünür, nə də strategiya. Milli estonlarla görüşdə aciz görünürdü.

- Bir mütəxəssis kimi Canni De Byazinin işini necə qiymətləndirirsiz? İtalyan çalışdırıcı komandamıza nəsə verə bilibmi?
- İllərdir Azərbaycana gəlib-gedən əcnəbi mütəxəssislərin sayını itirmişik. Bilmirik 10 nəfər gəlib, yoxsa 15. Halbuki, özümüzdə yetərincə savadlı, bacarıqlı çalışdırıcılar var. Almaniyadan, Xorvatiyadan, İtaliyadan, Braziliyadan, Makedoniyadan mütəxəssislər milli komandanın başına gətirilib, onlara böyük etimad göstərilib. Sanki yerlilərə onlar qədər güvənilməyib. Nəticə və oyunun keyfiyyəti olaraq, əcnəbilərin hansısa böyük üstünlük əldə etdiyini, fərqlilik yaratdığını demək olmaz. Azərbaycan futbolunun özünəməxsus cəhəti yüksək texniki bacarıqdı, bizimkilər qısa paslarla oynamağı sevir. Bunun üzərində çalışmaq, texnikanı inkişaf etdirmək lazımdır. Bunu da yerli mütəxəssislərimiz yaxşı bilir. Bizdə həmişə yaxşı futbol olub. Sadəcə, bu günkü şərait olmayıb. Rəhmətlik Fuad Musayevin dövründə nə əsas komandalarda, nə uşaq komandalarında indiki şərait də yox idi. Canni De Byazi ola bilsin ki, tanınmış mütəxəssisdir. Xeyli müddətdir ki, Azərbaycanda çalışır. Seçmə mərhələlər bir-birini əvəz edir, bizə nə qazandırıb? Hansı xüsusi taktiki tapşırıq var? Oyunçuları necə seçir? Şahruddin Məhəmmədəliyev olmasaydı, estonlarla oyunun nəticəsi bizim üçün daha acınacaqlı olacaq. Uşaq futbolunda çalışan məşqçilər bilir ki, futbolçular rəqiblə birəbir oynamalı, konkret tapşırıqla hansısa futbolçunun oynamasına imkan verməməlidir. Canni De Byazinin dövründə mən komandamızın oyununda bunu görməmişəm. Pressinq etmək, rəqibin oynamasına imkan verməmək kimi üslublar bizə yadlaşıb. Rəqibi təzyiqdə saxlayan hücumçularımız olmalıdır. Deyim var ki, ən yaxşı müdafiə hücumdur. Hanı bizim hücumçularımız? Azərbaycan futboluna can yandıran istənilən şəxs deyə bilər ki, Canni De Byazi bizim millimizə heç nə verə bilməyib. Elə onun rəhbərliyi altında boşa verdiyimiz seçmə mərhələlərdəki nəticələr sizin sualın ən yaxşı cavabıdır. Moskvada Ali Məşqçilər Məktəbi var idi. Bu cür məşqçilik məktəbi bizdə də yaradılmalıdı. Söhbət təkcə məşqçi kursları, seminalrlarla yekunlaşmalıdı. Məşqçi də ali təhsil almalıdı. Özü futbolçu olmayan adamlar da o kurslara gedir, lisenziya alır. Belələri futbolçunu, bu oyunu hiss edə bilməzlər. Ona görə də əvvəlcə mütəxəssis yetişdirməyə diqqət yetirməliyik ki, sonra da yerli mütəxəssislərə etimad göstərək, De Byazi kimilərə möhtac olmayaq. Futbol bir elmdir, fəlsəfədir, ona kompleks yanaşmalıyıq. 

- Bizim futbolumuzun əsas problemi nədədir? Futbolçularda, məşqçilərdə, yoxsa...
- Futbolumuz haqqında danışmağa adam utanır. Bu gün ermənilər Uelsin qapısında 4 top keçirir. Mən açıq deyirəm, necə biz yanıb-tökülməyək? SSRİ dağılandan sonra bizim klublarımız “Birlik kuboku”nda ermənilərlə qarşılaşıb, hər dəfəsində də bayrağımızı yüksəldib. Bu nəticələrlə fəxr etmişik. Amma bu gün ermənilərə həsədlə baxırıq. Bu yaxınlarda “Sabaha saxlamaya” verlişinə baxırdım. Orda da bu cür müzakirələr aparılırdı. Verlişdə çıxış edənlərə diqqətlə qulaq asırdım. Orda sizin bir həmkarınız çox dəqiqliklə dedi. Uşaq futboluna diqqət artırmalı, məşqçilərə şərait yaratmalıyıq. “Neftçi” və “Qəbələ”nin nəzdindəki akademiyalara baxaq. Bir vaxtlar heç kim Qəbələni futbol bölgəsi kimi tanımırdı. Amma bu gün “Qəbələ”nin akademiyasında neçə uşaq yetişib. Bu cür akademiyalar bütün klubların nəzdində olmalıdır. Uşaq həm futbolu öyrənməli, həm də dərs oxumalıdır. Bir növ futbolun sənətkarlarını yetişdirməliyik. Dəsrdən geri qalan uşaq cəmiyyətimizə yararlı bir vətəndaş kimi yetişməyəcək. Sabah o uşaq milli forma üçün, bayrağımız üçün meydanda mübarizə aparmalıdı. Problemlərimiz kompleks şəklindədir. Məhlədə xaotik şəkildə futbol oynamaqdansa konkret mütəxəssisin nəzarəti altıda uşaqlar futbolun sirlərini öyrənməlidi. Bağdakı ağacın meyvəsini götürmək istəyiriksə, ordakı ağacları da bəsləməliyik. Futbol da belədir. Legionerlərə xərclənən milyonlar uşaq futboluna xərclənməlidir. Bundan sonra bizim futbolçularımızın səsi Avropa klublarından gələcək. Biz mütəxəssislər futbolumuzun əsgəri kimi ona xidmət etməliyik. Problemlər hər yerdə var. Onlara kompleks şəklində yanaşmaq, problemlərin səbəblərini tapmalıyıq. Bu gün ailədə uşaq necə böyüyürsə, futbolda da belədir. Hər bir uşağın istedadı düzgün qiymətləndirilməli, fərdi yanaşma olmalıdır. 

- Ümumiyyətlə, gedişatı necə qiymətləndirirsiz? Bu gedişlə bizim futbolumuzu nə gözləyir?
- Bu gedişata davam etdikcə geriləməyə davam edəcəyik. Bundan da uğursuz oyunlar olacaq. Belədə futbola olan maraq da azalacaq. Nə valideynlər uşaqlarını futbola yönəldəcəklər, nə də sponsorlar bu işə həvəs göstərəcəklər. Uşaq futbolunda mütləq təbii ot örtüklü meydançalar olmalıdır. Uşaqlar həmin örtüyün üzərində məşq etməlidilər. 8-ci mikrorayonda təbii ot örtüklü meydança var idi, futbol məktəbi orda fəaliyyət göstərirdi. Onun yerində Tennis Akademiyası tikdilər. Mən başa düşürəm, tennis üçün də infrastuktur olmalıdır. Amma bu akademiyanı başqa yerdə tikmək mümkün idi. Bakıda yer tapılmırdı? Azərbaycanda o qədər qəşəng yerlər var ki. Təbii ot örtüklü meydançanı məhv etdilər. İdman Akademiyasının meydançası, “Səttarxan” adına zavodun stadionu var idi. Bütün bu meydançalar uşaqların ixtiyarına verilməlidi. Təəssüflər olsun ki, meydançalar yoxdu. Buna görə də futbolumuz geriləyir, bizimlə heç kim hesablaşmır. Gedişat yaxşı heç nə vəd etmir.

- İllərini futbola vermiş bir mütəxəssis kimi, çıxış yolunu nədə görürsünüz?
- Mənim indi 57 yaşım var. 10 yaşımdan futbolun içindəyəm. 2006-cı ildən də uşaqlarla işləyirəm. Bizim dövlət başçımızın təşəbbüsü ilə Dövlət Proqramı qəbul olunmuşdu. Biz də xeyli sevinmişdik ki, futbolumuzun inkişaf edəcək. İndi sual verməliyik ki, 2023-cü ildir. Hanı o proqramın nəticəsi? Uşaqlarımız istedadsızdır, ya məşqçilərimiz bacarıqsızdır? Bizim uşaqlarımızın sevinmək haqqı var. Onlar meydana çıxanda uduzmaq qorxusu yaşamamalıdılar, sərbəst olmalı və qələbə sevinci yaşamalıdılar. Uşaq futboluna düzgün yanaşmalıyıq, başqa çıxış yolumuz yoxdur. Futbolçu peşəkar olana qədər az qala bütün mövqelərdə sınanır, böyük bir yol keçir. Ona taktika, strategiya öyrədilir. Bütün bunlar uşaq vaxtında düzgün həyata keçirilməlidir. Ondan sonra da məşqçinin işi gəlir, düzgün tapşırıq və motivasiya verilməsi. Hər şey bir-birini tamamlamalıdır. Bizim futbolda bu çatışmır. Azərbaycan futbolunun hər bir detalını bilən yerli mütəxəssislərə geniş meydan verilməli, onlara etimad göstərilməlidir. Bəli, mən başa düşürəm ki, bizim futbolumuzun bəlli səviyyəsi var, boyumuzdan yuxarı tullana bilmərik. Amma indikindən daha yaxşı vəziyyətdə olmalıydıq və ola bilərdik. Sadəcə, yanaşma düzgün olmalıdır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
18:58

MPL: "Səbail"in I Liqaya düşməsi rəsmiləşdi, "Turan Tovuz" "Neftçi"yə qarşı -YENİLƏNİR

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X