Bu gün Azərbaycan Həvəskar Futbol Federasiyasının təşkil etdiyi çempionatın qalibi müəyyən olunacaq. "ASKO Arena"da baş tutacaq finalda "Dirçəliş" FK "Lokomotiv" (Bakı) ilə qarşılaşacaq.
Fanat.Az-ın məlumatına görə, oyun 20.00-da başlayacaq.
Qeyd edək ki, AHFF Liqası 1999-cu ildən keçirilir. 2017-ci ilə kimi - Region Liqası təşkil olunana qədər qalib komanda ölkəmizi UEFA-nın təşkil etdiyi Həvəskarlar Liqasında təmsil edirdi.