Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, tədbir 18 iyul tarixində AFFA-nın inzibati binasında keçiriləcək.
Püşkatma mərasimi saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Premyer Liqada 2023/2024 mövsümü 4 avqustda başlayacaq. Bundan 1 gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilən əvəzedicilərin yarışına start veriləcək.