“Neftçi”nin müdafiəçisi Solomon Kverkveliya Sankt-Peterburqda təşkil olunan "Matç TV kuboku" turnirində iştirakdan danışıb.
Fanat.Az xəbər verir ki, gürcü futbolçu "Sport24"-ə turnirlə bağlı bunları deyib:
“Çox yaxşı turnirdir, çox güclü klublar iştirak edir. Bizim üçün isə bu toplanış kimidir. Hələki bizdə alınmır. Əlbəttə, bu, xoşagəlməzdir”.
“Lokomotiv”, “Rubin” və “Rotor”un keçmiş futbolçusu olan Kverkveliya Rusiyaya mümkün qayıdışı ilə bağlı sualları cavablandırmaqdan yayınıb.
Xatırladaq ki, “Neftçi” mövsümöncəsi turnirdə “Zenit”ə 1:3 və “Srvena Zvezda”ya 0:4 hesabı ilə uduzub. Bakı klubu iyulun 15-də turnirin son oyununda "Fənərbaxça" ilə qarşılaşacaq.
Mirağa