Növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Səbail” bu gün Ərzurum toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Fanat.aAz xəbər verir ki, Şahin Diniyevin baş məşqçi olduğu komanda yerli “Ərzurumspor”la qarşılaşacaq.
Türkiyə 1-ci liqa təmsilçisi ilə oyun "Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.