Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan” 2023-2024-cü il mövsümündə “Diadora”nın forma və geyim dəstlərindən istifadə edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı debütantın mətbuat xidməti yayıb.
Artıq İtaliya şirkəti ilə müqavilə imzalanıb. Şirkətin komanda üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək.
Qeyd edək ki, muxtar respublika təmsilçisinin oyun formaları ağ və qırmızı rəngdə olacaq.