Növbəti mövsümə hazırlıqları Azərbaycanda keçirən iki Premyer Liqa təmsilçisi bu gün üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, "Kəpəz" və "Araz-Naxçıvan" "Dalğa Arena"da qarşılaşacaqlar.
Oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, debütant "Araz-Naxçıvan" təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yeganə oyunda "Turan Tovuz"a 1:5 uduzub. Hazırlıq dönəmində 2 sınaq matçı keçirən "Kəpəz" isə "Səbail"ə və "Zirə"yə eyni hesabla (1:2) məğlub olub.