“Zirə” yeni əcnəbi futbolçunu transfer edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı qapıçı Tiaqo Silva qəsəbə təmsilçisinin heyətinə cəlb olunub.
23 yaşlı qolkiper yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.
Silva daha əvvəl ölkəsinin “Vitoriya Gimaraynş”, “Leyşoyş” və “Trofense” klublarının şərəfini qoruyub.