2023/2024 mövsümünə hazırlığını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, “dənizçilər” Super Liqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.
Oyun yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.
Xatırladaq ki, “Səbail” Ərzurumdakı hazırlıq çərçivəsində daha öncə “Ərzurumspor”a 4:3 qalib gəlib, “Sivasspor”la “sülh bağlayıb” - 1:1.