"Neftçi"nin kapitanı Emin Mahmudov Moskva "Spartak"ında komanda yoldaşı olmuş futbolçuların ən güclüsünün adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Rusiyanın "Sport24" saytına danışıb:
"Spartak"da oynadığım futbolçuların ən istedadlısı Aleksdir. O, ağıllı, texnikalı və qeyri-adi sol ayağa malik oyunçudur. Hə, Aleks ən güclüsü idi".
Emin 2011-2014-cü illər aralığında "Spartak"ın əsas komandasında 13 matça çıxıb. Aleks Azərbaycan millisinin yarımmüdafiəçisi ilə Moskva təmsilçisində 2011-ci ildə oynayıb.
Nihat