Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sabiq referi Danimarkada yerli “Midtülland” və Lüksemburqun "Proqres" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 26-də “Herninq Arena” baş tutacaq.