İsveçrə çempionatında 2023/24 mövsümü start götürüb.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovlu “Qrasshopper” də yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda ilk tur çərçivəsində “Servett”i qəbul edib və yerli azarkeşləri 1:3 hesablı məğlubiyyətlə üzüb.
Renat oyuna start "11-lik"də başlayıb və 58-ci dəqiqədə əvəzlənib.
Nihat