Türkiyənin Ərzurum bölgəsindəki təlim-məşq toplanışını başa vuraraq Bakıya dönən "Səbail" sabahdan məşqləri bərpa edəcək.
Fanat.Az xəbər verir ki, mövsümün açılış turunun hazırlığına komandanın bütün üzvləri ilə yanaşı, keçidi razılaşdırılan bosniya və herseqovinalı Adi Mehremiç də qatılacaq.
31 yaşlı stopper son klubu "İstanbulspor"la müqaviləyə xitam vermək üçün ləngisə də, dünən Azərbaycana təşrif buyurub. Onun transferi tezliklə rəsmən elan olunacaq.
"Səbail" Premyer Liqanın startına qədər daha bir yoxlama oyunu keçirəcək. Belə ki, "dənizçilər" iyulun 29-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, Şahin Diniyevin baş məşqçi olduğu komanda 1-ci turda doğma meydanda "Sumqayıt"ı sınağa çəkəcək.
Mirağa