"Ümraniyəspor"da çıxış edən azərbaycanlı futbolçu Coşqun Diniyev yeni komandasına tez uyğunlaşıb.
Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin sosial şəbəkə hesabında paylaşdığı foro və videolar belə düşünməyə əsas verir.
Adət etdiyimiz kimi, başını daim keçəl qırxdıran Coşqun "Ümraniyəspor"da da bunu dəb halına gətirməyə çalışıb. O, komanda yoldaşlarından bir neçəsinin saçını şəxsən qırxıb. O, bu barədə saytımıza açıqlamasında zarafatla belə deyib: "Burada tək keçəl dolaşmaqdan ürəyim sıxılırdı. Belə yaxşıdı".
Görüntülərə əsasən deyə bilərik ki, türkiyəli futbolçular yeni hallarından məmnun qalblar: