“Zirə” yeni futbolçu ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, sözügedən klub Pyer Zeblini heyətinə qatıb.
26 yaşlı yarımmüdafiəçiylə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.