Azərbaycan Premyer Liqasının ilk turunda "Kəpəz"lə oyunöncəsi məşq zamanı ayağında ağrı hiss edən "Neftçi"nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
"Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Fanat.Az-a açıqlamasında Eddinin durumu barədə bunları deyib:
"Zədənin nə qədər ciddi olub-olmadığını hələ bilmirik. Sadəcə, həkimlər ona bir müddət istirahət etməyi məsləhət görüblər. Ayağında ağrılar var, buna görə də bir müddət dincəlməlidir. Yəqin ki, yaxın günlərdə futbolçunun durumuna tam aydınlıq gələcək".
Qeyd edək ki, Gəncədə ayağında ağrılar hiss edən 31 yaşlı yarımmüdafiəçi start heyətindən çıxarılıb. Onun əvəzinə ilk "11-liy"ə Ataa Cabir daxil edilib. "Neftçi" Eddinin oynamadığı matçda "Kəpəz"ə 0:1 uduzub.
Mirağa