Misli Premyer Liqasının III turunda "Sumqayıt"ı qəbul edəcək "Qəbələ" hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, "kimyaçılar"la oyun ərəfəsində "qırmızı-qaralar"ın heyətinə daha bir futbolçu qoşulub.
Belə ki, müdafiəçi Zurab Oçiqava komanda ilə birgə məşqlərə başlayıb. Kapitan Asif Məmmədov isə fərdi məşqlərini davam etdirir.
"Qəbələ" Oçiqavanı yay transfer dönəmində "Sabah"dan heyətinə cəlb edib.
Sabah keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyunu saat 18:00-da başlayacaq.