Misli Premyer Liqasında üçüncü turun qarşılaşmaları xeyli baxımlı və gərgin keçdi. Ardıcıl qələbələr qazanan “Zirə” turnir cədvəlinin vahid lideridi. Avrokubokların uğursuzları bu tur qələbəyə həsrət qaldılar. “Qəbələ” doğma meydanda “Sumqayıt”a uduzdusa, “Sabah”la “Neftçi” hərəyə bir xalla kifayətləndilər.
“Kəpəz” – “Turan Tovuz” 0:2
Qollar: Martin Petrov, 18. Belaydi Pusi, 21.
Kəpəz: 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 44. Nihat Fərəci, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 8. Piruz Marakvelidze, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
“Qərb derbisi”ndə üz-üzə gələn “Kəpəz”lə “Turan Tovuz”un qarşılaşması elə də bolqollu və gərgin alınmadı. Süni işıqlandırmanın olmadığı qəzalı stadionda günün erkən saatında keçirilən görüşün gedişatının belə olacağını proqnozlaşdırmaq da mümkün idi. İsti havanın müşayəti ilə keçən görüşdə Tovuz təmsilçisi meydan sahiblərinin işini üç dəqiqəyə bitirdi. Vasilyuçekin səhvi və Petrovun ələ düşən fürsətdən maksimum yararlanması 18-ci dəqiqədə həlledici oldu. Bundan üç dəqiqə sonra Pusi “Kəpəz”i ikinci dəfə məyus etdi. Bundan sonra qapılara qol vurulmadı. “Kəpəz”in çoxsaylı cəhdləri “Turan Tovuz”un qapısına doğru xeyli künc zərbəsi vurulmasıyla nəticələnsə də, bu imkanların heç birindən yararlanmaq mümkün olmadı.
Aktivinə növbəti üç xalı yazan “Turan Tovuz” 6 xalla 4-cü pillədə qərarlaşıb. Bu mövsüm yeganə təsəllisi “Neftçi”ni məğlub etmək olan “Kəpəz” isə 3 xalla 7-ci sıradadır.
“Qəbələ” – “Sumqayıt” 1:2
Qollar: Osama Xalayla, 53 – İsa Suliman, 3. Kamran Əliyev, 31.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 10. Omar Hani, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular:15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Turun ikinci oyun günü keçirilən hər iki qarşılaşma eyni hesabla bitdi. Özü də hər iki görüşdə sevinən tərəf qonaqlar oldu. Əvvəlki vaxtlar olsaydı, “Sumqayıt”ın Qəbələdən qələbə ilə qayıtması təəccüblü görünər, sensasiya sayılardı. Amma yayda aparıcı üzvlərini itirən “Qəbələ” hazırda elə vəziyyətdədir ki, onların “Sumqayıt”a uduzması heç kimi təəccübləndirmədi. “Qırmızı qaralar” bu tur rəqib qapısından qol keçirməsinə sevindilər. Lakin buna qədər öz qapısında iki top buraxmalı bu sevincin üzərinə də kölgə saldı.
“Sumqayıt”ın pakistanlı legioneri İsa Sulimani artıq 3-cü dəqiqədə komandasını önə keçirən qola imza atdı. 31-ci dəqiqədə Kamran Əliyev komandasının üstünlüyünü iki topa çatdırdı. Bundan sonra çox az adam qonaqların Qəbələdən 3 xalla dönəcəyinə şübhə edirdi. Bu mənada Osamanın 53-cü dəqiqədə vurduğu qol meydan sahibləri üçün zəif təsəllidən başqa heç nəyə yaramadı. Aktivində xal olmayan “Qəbələ”nin turnir cədvəlinin sonuncu pilləsində olmasında təəccüblü nəsə yoxdur. Bir oyunu ehtiyatda qalan və keçirdiyi iki oyundan maksimum xal toplayan “Sumqayıt” isə 2-ci pilləni özününküləşdirib.
“Səbail” – “Zirə” 1:2
Qollar: Yadin Luqasi, 31 – Salifu Suma, 15. Filipe Paxtman, 82.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 21. Anas Najah.
Baş məşqçi: Şahin Diniyev.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Bəli, “Zirə” itkisiz irəliləyir. Maraqlıdır ki, Rəşad Sadıqovun komandası üç oyundan ikisini səfərdə keçirib. Buna baxmayaraq, qəsəbə təmsilçisini büdrətmək mümkün olmayıb. Bayıldakı görüş də “Zirə” üçün çox da çətin keçmədi. Zirəlilər artıq 15-ci dəqiqədə Sumanın qolu ilə hesabı açmış, növbəti 3 xal iddiasında olduqlarını ortaya qoymuşdular. Düzdür, fasiləyə qədər hesab bərabərlişdi. Yadin Luqasi 31-ci dəqiqədə “Səbail”i ümidləndirən qolun müəllifi oldu. Amma “gəmiçilər”in müdafiəsindəki səhvlər “Zirə”nin işinə yaradır. Paxtman sonra 8 dəqiqə qalmış belə səhvlərin birində əla yararlandı.
İtkisiz irəliləyən “Zirə” 9 xalla turnir cədvəlinin vahid lideridi. Cəmi 1 xalı olan “Səbail” isə əks qütbdə qərarlaşıb, bu xal sayəsində yalnız “Qəbələ”ni qabaqlamaq mümkün olub.
“Qarabağ” – “Araz-Naxçıvan” 2:1
Qollar: Adama Diakabi, 15. Abdullah Zubir, 90+5 - Miço Kuzmanoviç, 57.
Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 42. Kadiri Mohammed, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
Gərgin keçən qarşılaşmaya hakim qərarları möhür vurdu. Daha doğrusu, baş hakim Nicat İsmayıllının və onun VAR-dakı köməkçilərinin səhvləri. Özü də bu səhvlər hər iki komandanın əleyhinə olduğundan referilərin kiməsə kömək etmək fikrində olduğunu da demək mümkün deyil. Deməli, “ədalət təmsilçiləri” “oyunun ipi”ni əldən buraxmışdılar. Bütün bunlara rəğmən, “Qarabağ” səviyyə fərqini ortaya qoymağı və növbəti 3 xalı qazanmağı bacardı.
Diakabi 15-ci dəqiqədə hesabı açanda “Qarabağ”ın böyük hesablı qələbə qazanacağını düşünənlərin sayı çox idi. Amma həm havanın isti olması, həm də “köhlən atlar”ın yol yorğunluğu dəqiqələr irəlilədikcə öz təsirini göstərməyə başladı. Bunun da nəticəsində qonaqlar Kuzmanoviçin 57-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirdilər. Təzyiqi artıran “Qarabağ” öz istəyinə əsas vaxta əlavə edilmiş dəqiqələrdə çatdı. Zubir çətin məqamda səhnəyə çıxıb, “Qarabağ”ın qələbə topunu vurdu.
Aktivində 6 xal olan Qurban Qurbanovun komandası zirvədən elə də uzaqda deyil. Onlar lideri yaxından təqib edir, 3-ci pillədə yer alırlar. 3 xallı “Araz Naxçıvan” isə 6-cı sıradadır.
“Sabah” – “Neftçi” 1:1
Qollar: Boyan Letiç, 43 - Con İrasabal, 49-öz qapısına.
Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 10. Aleksey İsayev (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 3. Con İrasabal, 12. Vinsent Til, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 24. Maruan Hadudi, 19. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 82. Rüfət Abbasov, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
FİFA referisi Əliyar Ağayevin idarə etdiyi turun mərkəzi qarşılaşması izləyənlərə zövq verdi. Düzdür, tərəflər hər ikisi həftəiçi avrokuboklarda meydana çıxmış, xeyli güc itirmişdi. Amma bu güc itkisi Masazırdakı qarşılaşmada hiss edilmədi. Xüsusən də “Sabah” hücum futbolu sərgiləməyə çalışır, rəqibin üzərinə böyük qüvvə ilə atılırdı. Adrian Mutu qapını gənc Rza Cəfərova tapşırmaqla böyük riskə getmişdi. Lakin rumının bu addımı başa düşülən idi. Limitin tələbini qapıda yerinə yetirən çalışdırıcı meydan oyunçularının arasına daha bir legioner əlavə etmək imkanı qazanmışdı.
Letiç 43-cü dəqiqədə Rzanın qoruduğu yaxın küncdən toru silkələməklə “Sabah”ın fasiləyə üstün yollanmasını təmin etdi. Düşünmək olardı ki, “bayquşlar” fasilədən sonra da bu təzyiqi davam etdirib qələbəni əldən verməyəcəklər. Lakin İrasabalın ikinci hissədəki erkən avtoqulu bu planları pozdu. Hesabın bərabərləşməsindən ruhlanan “Neftçi” qalan dəqiqələrdə inamlı çıxış etdi, “Sabah”ın aşkar qol vəziyyəti yaratmasına imkan vermədi. Belədə tərəflər meydandan “sülh”lə və 1 xalla ayrıldılar.
“Sabah” iki oyundan 4 xal toplayıb və 5-ci sırayla kifayətlənməlidir. “Neftçi” isə iki xalla 8-ci pillədən rəqiblərinə baxır.
Amal Abuşov