Azərbaycan millisinin hücumçusu Mahir Emreli baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Germanijak" yayıb.
Klub rəhbərliyi ötən həftə Yunanıstan AEK-i ilə bacarmayaraq Çempionlar Liqasında mübarizəni dayandıran komandanın baş məşqçi İqor Bişçanı göndərməyi lazım bilib. Halbuki, ona cümə axşamı Avropa Liqası çərçivəsində "Sparta" ilə matçda şans veriləcəyi bildirilirdi.
Mənbə istefa qərarının "Dinamo"dan təsdiqləndini vurğulayaraq tezliklə yeni çalışdırıcının adının açıqlanacağını bildirib. Baş məşqçi postuna Sergey Jakiroviç, Qoran Tomiç, Jeljko Şopiç və Damir Krznar namizəd göstərilir.
Mirağa