16:20 23.08.2023 1335

"Stadion tikintisi planımız yox, xəyalımızdır" - "Araz Saatlı"nın icraçı direktoru

"Araz Saatlı" 2023/2024 mövsümündə Birinci Liqada mübarizə aparacaq. Mərkəzi aran təmsilçisinin icraçı direktoru Ədalət Abdullayevlə ələqə saxlayıb "pambıqçılar"ın hədəfləri və planları ilə maraqlandıq.

Klub funksionerinin Fanat.Az-a müsahibəsini təqdim edirik:

- "Araz Saatlı"nın Birinci Liqada qarşısında qoyduğu məqsəd nədir?
- Öncə onu qeyd edim ki, Birinci Liqaya yüksəlməyimiz möcüzə kimi qarşılansa da, bu, reallaşdı. AFFA və Peşəkar Futbol Liqası bizə etimad göstərdilər. Rayonumuz indiyə qədər peşəkar futbolda  təmsil olunmayıb. Bu, bir tarixi ilk idi. Çox sevincliyik ki, istəyimiz həyata keçdi. Hədəfimiz Birinci Liqada qalmaqdır.

- Heyətinizi gücləndirmək yolunda hansı addımları atırsınız? 
- Transfer məsələləri üzərində çalışmalar davam edir. Yeni adların Azərbaycan futboluna gətirilməsinə çalışacağıq. Daha çox gənc oyunçulara şans verəcəyik.

- Yəqin ki, əvvəlki illərdə olduğu kimi, ev oyunlarını Olimpiya İdman Kompleksində keçirəcəksiniz... Bəs yeni stadionla bağlı hər hansı planınız varmı?
- Olimpiya İdman Kompleksində yerləşmişik. Bu mövsüm oyunlarımızı orada keçirəcəyik. Klub üçün ayrıca stadionun tikintisi planımız yox, xəyalımızdır. Gələcəkdə maliyyə imkanlarımız imkan versə, niyə də olmasın? Bu, stadionu olmayan bütün klubların arzusudur.

- Peşəkar klub olmaq uğrunda hansı planlarınız var? Məsələn, mətbuat xidməti və ya fan-şop barədə nə düşünürsünüz?
- Mətbuat xidməti ilə bağlı yaxın günlərdə açıqlama olacaq. Fan-şop barədə də planlarımız var. Klubun "Facebook" səhifəsinə nəzər yetirsəniz, görərsiniz ki, biz sadə rayon camaatı ilə klubun mahiyyəti barədə söhbətlər edir, onlara öz fikirlərimizi çatdırırıq. Oyunlarımıza gəlmələrini, mənəvi dəstəklərini əsirgəməmələrini istəyirik. Bildiyiniz kimi, dünən püşkatma oldu. İlk turdakı rəqibimiz qonşu İmişli rayonunun eyniadlı komandasıdır. Belə demək mümkünsə, mərkəzi aran derbisi baş tutacaq. Ümid edirik ki, gənc klubumuzda görəcəyimiz işlər öz bəhrəsini verəcək.

Nahid Məmmədov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:50

MPL: "Səbail" - "Zirə" oyununda heyətlər bilindi, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

Facebookdan bizi izləməyi unutmayın.
X