23:24 25.08.2023 463

“Hücumda problemlərimiz göz önündədir” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşdıqları “Araz-Naxçıvan”la səfər oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı ki, uduzmadıq. Çünki bu da baş verə bilərdi. Oyunun bəzi hissələrində rəqib üstünlüyü ələ almışdı. Keçənilki vəziyyəti nəzərə alsaq, bu mövsüm çempionatın üç oyununda da xal götürmək bizim üçün yaxşı haldır. Vaxtımız var, hazırlaşacağıq. Yeni gələn oyunçuların fiziki durumunun aşağı olması bizə əziyyət verir. Oyun tonusunu matçboyu saxlaya bilmirik. Amma birinci hissədə xoş olan məqamlar var idi, yaxşı hücumlar qürurduq. İstəyirik ki, bunu bütün oyun edək. Alınsa, daha yaxşı komanda görəcəyimizə inanıram".

Oyunun sonuna qədər çatdıra bilmirik. Tam yay toplanışını keçməyən oyunçularımız var. Onları oyunlarla formaya gətirəcəyik. Bilirəm ki, 4-5 futbolçu tam olaraq 90 dəqiqə oynamağa hazır deyil.

Birinci hissə oyunda diqtə edən tərəf idik. İkinci yarıda rəqib üstünlüyü ələ keçirdi, təhlükəli epizodlar da yaratdı. 100 faizli qol imkanları çox deyildi. Üzüldüyüm məqam odur ki, rəqibə qarşılıq biz heç nə edə bilmədik. Ancaq anlayıram. Oyunu tonusda keçirmək üçün fiziki sarıdan yaxşı durumda olmaq lazımdır. Klub prezidentini də başa düşmək olar, xal itirmişik. Amma başlanğıc üçün o qədər də pis nəticə deyil.

Erik Sorqadan qol istəyiriksə, ona epizod yaratmalıyıq. Rəqib meydançasında daim dominantlıq etməlisən. Erik cərimə meydançası daxilində çox yaxşıdır. Bitiriciliyi, qol vurmağı çox yaxşıdır. Məşqlərdə mən şahidiyəm. Üç oyundan sonra Erikdən bunları etmir, hardasa axsayır deyə, üstünə gedəsi də deyiləm. Ona şans da veriləcək. Bəli, bunu doğrultmalıdı, özü də anlayır. Allah qoysa, Erikdən ümid etdiyimizi ala biləcəyik. Hücumda problemlərimiz göz önündədir, üzərində də işləyirik. Komandaya iki vinger gətirmək üçün işlər gedir, danışırıq, axtarırıq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

09:20

DÇ: Minifutbol üzrə Azərbaycan millisi növbəti matçına çıxacaq

09:00

MPL: Bu gün mövsümün son iki oyunu keçiriləcək -YENİLƏNİR

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

Facebookdan bizi izləməyi unutmayın.
X