Misli Premyer Liqasının 4-cü turunun açılış oyununda "Sumqayıt" debütant "Araz Naxçıvan" qonağı oldu. Görüş 1:1 hesablı bərabərlikə yekunlaşdı. "Dalğa arena"da keçirilən oyunda nominal ev sahibi olan "qırmızı-ağlar"ın yeganə qolunun müəllifi Turan Manafovun fikirlərini öyrəndik.
"3 nömrə"nin Fanat.Az-a açıqlaması belə oldu:
"Cərimə zərbələri üzərində çox nadir hallarda öz üzərimdə işləyirəm.Təbrik edən çox oldu. Amma ən birinci çox yaxın dostum təbriklərini çatdırdı. Hər oyunuma gəldiyi üçün ilk təbrik edən də o olur. Məndən çox sevinirdi. Üç dəfə cərimə zərbəsi vurdum. İlk ikisində istəyimə çata bilmədim. Yalnız sonuncu alındı. Elə bu iki pis zərbədən sonra yenə mənə inanıb yenidən topun arxasına keçməyimə icazə verilməsi çox sevindirici idi".
Nihat