Premyer Liqanın 5-ci turu çərçivəsində Qəbələdə keçirilən yerli komanda ilə “Zirə” arasındakı matç gərginliyi ilə diqqət çəkir.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın sonlarında “Zirə”nin qapıçısı Tiaqo Silva ilə yerli azarkeşlər arasında münaqişə yaşanıb.
Belə ki, hakim “Qəbələ”nin cərimə meydançasındakı qarışıqlıq zamanı penalti olub-olmadığını müəyyənləşdirmək üçün VAR görüntülərini izləməyə gedərkən Tiaqo Silva meydanın mərkəzinə doğru gedib. Bu zaman yerli fanatlar ona təzyiq göstərərək yerinə qayıtmasını tələb ediblər. Fanatların bəzisinə cavab qaytaran legioner qapıçı bir qədər sonra öz mövqeyinə qayıdıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən oyunda “Qəbələ” liderə 1:0 hesabıyla qalib gəlir.