Bu gün Azərbaycanda futbol üzrə II Liqaya start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk dəfə təşkil olunan yarışın açılış günündə üç, sabah dörd qarşılaşma baş tutacaq.
Mövsümün açılış oyunu "Füzuli" ilə "Cəbrayıl" arasında olacaq. "ASK Arena"da oynanılacaq görüş saat 13:00-da başlayacaq.
II Liqa
1-ci tur
4 sentyabr
Ağdaş – Şahdağ Qusar
Ağdaş şəhər stadionu, 16:30
Baku Sportinq – Şəfa
Binə qəsəbə stadionu, 16:00
Füzuli – Cəbrayıl
“ASK Arena”, 13:00
5 sentyabr
Şəki Siti – Dinamo
Şəki şəhər stadionu, 16:30
Lerik – Qusar
Lənkəran OİK stadionu, 16:30
Şəmkir – Kür-Araz
Şəmkir OİK stadionu, 16:30
Göygöl – Kürmük Qax
Göygöl OİK stadionu, 16:30