Avropa Liqasının H qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Bayer Leverkuzen" yeni müqaviləyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Budesliqa təmsilçisi mərkəz müdafiəçisi Edmon Tapsoba ilə anlaşma yeniləməkdə qərarlıdır. Mənbə "Mançester Yunayted" və "Tottenhem"in transfer siyahısında olan Edmonun iş yerini dəyişməyəcəyini və Almaniya klubu ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan sözləşmə imzalayacağını vurğulayıb.
Qeyd edək ki, "Bayer" 24 yaşlı Tapsobanı 2020-ci ilin qışında, 20 milyon avro qarşılığında "Vitoriya Gimaraynş"dan transfer edib.
Nihat