AÇ-2024-ün seçmə məhələsi çərçivəsində Azərbaycan millisi Belçika yığmasını qəbul edəcək.
Azərbaycan seçməsinin məşqçisi Arif Əsədovla əlaqə saxlayıb "qırmızı iblislər"lə oyun barədə nə düşündüyünü soruşduq. Onun sentyabrın 9-da baş tutacaq görüş haqda Fanat.Az-a açıqlaması belə oldu:
"Təbii ki, rəqibimiz güclüdür. Heyətinə nəzər yetirsək, görərik ki, Belçika yığmasında yer alan futbolçular İngiltərə, Almaniya və Fransa kimi ölkələrin top komandalarında çıxış edirlər. Amma biz də evdə oyunayırıq. Yaxşı oyun nümayiş etdirməyə, xal götürməyə çalışacağıq. Komanda bunun üçün əlindən gələni edəcək. Biz əvvəlki seçmə mərhələlərdə yalnız Belçika yox, güclü İsveçrədən, Türkiyədən və başqa adlı-sanlı rəqiblərdən də xal və xallar almışıq. İstənilən nəticə mümkün ola bilər."
Qeyd edək ki, Azərbaycan - Belçika qarşılaşması "Dalğa Arena"da baş tutacaq.
Nahid Məmmədov