Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz" doğma meydanda debütant "Araz-Naxçıvan"ı qəbul etdi. Oyun "qırmızı-ağlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatdı. Muxtar Respublika təmsilçisinin qələbəsində vurduğu iki qolla pay sahibi olan Orxan Əliyevlə əlaqə saxlayıb oyunla bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bilirdik ki, "Kəpəz" evdə yaxşı oyun keçirir. Buna baxmayaraq, oyuna qələbə üçün çıxmışdıq. Şükürlər olsun ki, Gəncədəki matçda iki qol vuraraq komandaya qələbə qazandırdım.
Qarşıma məqsəd qoymuşam ki, çox qol vurum. Allah qoysa, daha çox qol vuracam. Bunun üçün məşqlərdə daha çox işləyəcəm. Növbəti çempionat oyunumuz "Neftçi"yə qarşıdır. Bilirik ki, "Neftçi" yaxşı komandadır. Bu yay onlarda çox dəyişikliklər oldu. Heyətləri yenilənsə də, hazırda yaxşı futbol sərgiləyirlər. Bu oyuna daha yaxşı hazırlaşacaq və qələbə qazanmağa çalışacağıq".
Nahid Məmmədov