AÇ-2024-ün seçmə məhələsi çərçivəsində Azərbaycan millisi Belçika yığmasını qəbul edəcək.
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev əlaqə saxlayıb "qırmızı iblislər"lə oyun barədə nə düşündüyünü soruşduq. Onun sentyabrın 9-da baş tutacaq görüş haqda Fanat.Az-a açıqlaması belə oldu:
"Oyuna çıxırsansa, uğur üçün çıxırsan. Əlbəttə, güclərin nisbəti bərabər deyil. Pafosa qapılıb reallıqdan uzaqlaşsaq, desək ki, şansımız çoxdur, elə deyil. Ancaq az da olsa, var. Nəzərə alaq ki,12 il əvvəlki Belçika ilə (Milli AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda baş tutan görüşdə bu rəqiblə 1:1 hesablı heç-heçəyə nail olub - red.) qarşılaşmayacağıq. Yeni baş məşqiçiləri ilə yeni tələbləri var. Bu dəfə daha iddialı Belçika ilə üzləşəcəyik".
Qeyd edək ki, Azərbaycan - Belçika qarşılaşması "Dalğa Arena"da baş tutacaq.
Nahid Məmmədov