21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Mustafa Yıldırım komandadan ayrılıb.
“İqdırspor”un forvardı zədələnib və bu səbəbdən U-21-in Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya ilə oyunda iştirak edə bilməyəcək.
Serbiya - Azərbaycan oyunu sentyabrın 12-də keçiriləcək və saat 22:00-da başlayacaq.