AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
II Liqanın 2-ci turunun “Şəfa” – “Sheki City” oyununda “Şəfa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şəfa” klubu 70 manat cərimə edilir.
“Şəfa” – “Sheki City” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sheki City” klubu 70 manat cərimə edilir.
“Şəfa” – “Sheki City” oyununda “Şəfa” klubunun 4 nömrəli futbolçusu Mehman İbadov azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanır, “Şəfa” klubu 350 manat cərimə edilir.
II Liqanın 2-ci turunun “Ağdaş” – “Baku Sportinq” oyununda “Ağdaş” klubunun 17 nömrəli futbolçusu Ramal Əhmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Ağdaş” klubu 50 manat cərimə edilir.
“Ağdaş” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində “Baku Sportinq” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə “Baku Sportinq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Baku Sportinq” klubu 400 manat cərimə edilir.