AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə “Qalatasaray” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək Gənclər Liqasının qrup mərhələsinın 1-ci turunun oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma sentyabrın 20-də İstanbulda baş tutacaq.