"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç yetirməsi olduğu Zaqreb "Dinamo"suna qayıda bilər.
Fanat.Az xəbər verir ki, bunu "Dinamo"nun İdarə Heyətinin sədri Vlatko Peras deyib.
O, "İndex" nəşrinə müsahibəsində belə danışıb:
"Modriçin "Real"la müqaviləsi gələn yayda başa çatacaq. Qışda mütləq ona zəng edəcəyəm. Necə ola bilər ki, klub onu geri qaytarmaq istəməsin? Daim əlaqədə olduğumuzu deyə bilmərəm, amma ailə üzvlərini tanıyıram. Karyerasını bitirməmişdən öncə "Dinamo"da oynaması məntiqli olardı. Niyə də oynamasın?"
Qeyd edək ki, Modriç 2003-2008-ci illərdə "Dinamo"da çıxış edib. Zaqreb təmsilçisinin formasını Azərbaycan millisinin hücümçusu Mahir Emreli də geyinir.