16:39 16.09.2023 488

"Sumqayıt" Çodarovla məhkəmə çəkişməsi ilə bağlı bəyanat yaydı

"Sumqayıt"ınkomandanın sabiq məşqçisi Elnur Çodarovla aralarında olan məhkəmə çəkilməsi rəsmi bəyanat yayıb.

Fanat.Az xəbər verir ki, "kimyaçılar" CAS-ın qərarını da ictimaiyyətə açıqlayıb:

Bildiyiniz kimi "Sumqayıt" Futbol Klubunun keçmiş məşqçisi Elnur Çodarov ilə klub arasında olan mübahisə üzrə İdman Arbitraj Məhkəməsi (CAS) 4 sentyabr 2023-cü il tarixində yekun qərarını açıqlayıb. Təəssüf hissi ilə bildirmək istəyirik ki, son günlərdə ölkə idman mətbuatında CAS-ın sözügedən qərarının təhrif olunmuş şəkildə əks etdirilməsi ilə bağlı məqalələr geniş yayılıb. Bu səbəbdən də CAS-ın qərarı ilə bağlı bəzi məsələləri ictimaiyyətin diqqətinə çatdırmaq istərdik. 

Əlavə olaraq qeyd etmək istərdik ki, 11 sentyabr 2023-cü il tarixindən etibarən CAS qərarı ictimaiyyət üçün açıq elan edilib. 

Bildiririk ki, iddiaçı Elnur Çodarov İdman Arbitraj Məhkəməsinə müraciət edərək aşağıdakı qərarların verilməsini xahiş edib.

 1. AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 8 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, 
- “Sumqayıt” Futbol Klubunun Məşqçiyə ödənilməmiş əmək haqqı (müqavilənin qalıq dəyəri) olaraq xalis 14000 manat və illik 5 % məbləğində cərimə hesablanaraq ödənilməsini ;
- "Sumqayıt” Futbol Klubu müqaviləyə qanunsuz xitam verdiyinə görə Məşqçiyə ödənişin qüvvəyə mindiyi tarixədək 14000 manat və illik 5 % məbləğində kompensasiyanın ödənilməsini;
2. "Sumqayıt" Futbol Klubu bu şikayət üzrə sənədlərin tərcüməsi ilə bağlı Məşqçinin xərclərinin 500 manat məbləğində ödənilməsi və Məşqçi tərəfindən ödənilmiş 1000 İsveçrə frankı məbləğində CAS Məhkəmə Ofisi haqqının ödənilməsini;

Yuxarıdakı iddialarə nəzərə alaraq görərik ki, ümumilikdə "Sumqayıt" FK-dan tələb edilən məbləğ cəmi 30400 (otuz min dörd yüz) manat təşkil edib. 
İş üzrə 9 fevral 2023-cü il tarixində CAS-ın tək hakimi Mr. Espen Aubergin rəhbərliyi altında şifahi dinlənilmə keçirilib. Bu məhkəmə prosesində Klubumuzu Vəkil Elcan Həsənli və Ramil Cahangirov təmsil edib. 

CAS iş üzrə yekun qərarını 4 sentyabr tarixində elan edib. CAS-ın qərarını təqdim edirik: 
1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Apellyasiya Arbitraj Məhkəməsinin 4 may 2022-ci il tarixdə çıxardığı qərardan Elnur Çodarovun 25 may 2022-ci il tarixində verdiyi apellyasiya şikayəti qismən təmin edilsin.
2. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Apellyasiya Arbitraj Məhkəməsinin 4 may 2022-ci il tarixli qərarı ləğv edilsin.
3. “Sumqayıt" Futbol Klubu MMC müqavilənin pozulmasına görə Elnur Çodarova 10 725 manat (on min yeddi yüz iyirmi beş Azərbaycan manatı) məbləğində kompensasiya ödəsin.
4. CAS Məhkəmə İdarəsi tərəfindən müəyyən edilərək Tərəflərə təqdim olunacaq arbitraj xərclərinin 30 faizi (otuz faiz) Elnur Çodarov, 70 faizi (yetmiş faiz) isə “Sumqayıt" Futbol Klubu MMC tərəfindən ödənilsin.
5. Hər bir Tərəfin bu arbitrajla əlaqədar çəkdiyi xərclər və digər xərclər öz üzərinə aid edilsin.
6. İddiaçının bütün digər və sonrakı vəsatətləri və ya yardım tələbləri rədd edilsin.

Göründüyü kimi, CAS-ın qərarından da aydın olur ki, Məşqçinin tələbinin yalnız üçdə bir hissəsi təmin edilib. Qərarda, eyni zamanda, Məşqçi tərəfindən də "Whatsapp" mobil tətbiqinə səs ataraq klubla sağollaşması və ardınca məşqlərə gəlməməsi müqavilə pozuntusu olaraq göstərilib. Klubun isə sadəcə olaraq, müqaviləyə xitam verməklə sərt addım atdığı qeyd edilib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X