Birinci Liqanın ilk turunda "İrəvan"nı qəbul edən "Zaqatala" 0:2 hesablı məğlubiyyətlə üzləşdi. Komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb uğursuz görüşlə bağlı fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"İki fərqli hissə izlədik. Birinci hissəni daha yaxşı oynadıq. Fasilədən sonra isə nisbətən zəif oynadıq. İkinci yarıda standart vəziyyətdən top buraxdıq. Birinci qolu isə ilk yarıda ani qol epizodundan vurmuşdular. Bizim də qol imkanlarımız oldu. "İrəvan" bilirsiniz ki, həm büdcə, həm də oyunçuların səviyyəsi baxımından bizi üstündür. Problemlərimizdən biri 4-5 futbolçumuzun olamaması idi. Üç oyunçumuzun zədəli olması və iki oyunçumuzun adını isə iştirak ərzəsinə daxil edə bilməməmişdik. Zədəliləri deyə bilmərəm, amma iştirak ərzəsinə daxil edə bilmədiyimiz oyunçular gələn oyun bizə kömək edə biləcəklər. Hər mövsüm sıfırdan komanda yığırıq. Uyğunlaşmaq və taktiki gedişləri düzəltmək üçün bizə vaxt lazımdır. Hazırlıq dönəmində daha çox yoldaşlıq oyunları oynaya bilsəydik, daha yaxşı olardı. Oyunçular elə olur ki, biri tez gəlir, biri gec... Birinci turda məğlub olmağımız xoş məqam deyil, amma futbolda olan bir haldır. Biz zəif oyun keçirib uduzmadık. Ehtiyat oyunçu problemimiz oldu. Hər il olduğu kimi heç nədən asılı olmayaraq, əsas məqsədimiz medalçılar sırasına düşməkdir. Əlimizdən gələni edəcəyik ki, ilk "üçlük"də yer ala bilək. Yəni məqsədimiz ilk üçlüyə düşməkdir. Əlbəttə, öncə çempionluğu fikirləşirik. Potensialımız varmı, yoxmu, bu, çempionatın gedişində bilinəcək. İndidən nəsə demək çətindir".
Nahid Məmmədov