Misli Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Qəbələ" matçında qonaq komanda maraqlı durumla üzləşib.
Fanat.Az xəbər verir ki, meydana cəzalı baş məşqçi Elmar Baxşıyevsiz çıxan "qırmızı-qaralar"ın daha bir məşqçisi cəzalanıb.
İlk yarının gedişində hakimə sərt etiraz etdiyi üçün Xəqani Məmmədova FİFA referisi Əliyar Ağayev tərəfindən qırmızı vərəqə göstərilib və o da tribunaya göndərilib. Beləliklə, komandaya texniki zonada məşqçilər korpusunun digər üzvü Rasim Ramaldanov nəzarət edir.
Qeyd edək ki, hazırda davam edən matçda hesab açılmayıb.
Mirağa