İsveçrənin Nyon şəhərində UEFA tərəfindən konfrans keçirilir.
Fanat.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan təmsilçiləri də iştirak edir.
Belə ki, məşqçilərin marifləndirilməsi mövzusunda konfransa UEFA-nın dəvəti ilə AFFA tərəfindən Pro kateqoriyalı məşqçi kurslarının təlimatçıları Aslan Kərimov və Osman Rəhimov göndəriliblər.
Bu barədə xəbəri Aslan Kərimov saytımıza təsdiqləyib və hazırda Nyonda olduğunu bildirib.
Mirağa