Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Xorvatiya çempionatında növbəti qolunu vurub.
Fanat.Az xəbər verir ki, 9-cu turda "Rudeş"lə səfər matçına start "11-lik"də çıxan Azərbaycan millisinin forvardı 38-ci dəqiqədə komandasının 2-ci qoluna imza atıb. Bu, azərbaycanlı oyunçunun cari mövsüm üçüncü qolu olub. Görüşün 58-ci dəqiqəsində 5-ci qolun ötürməsini də verən Mahir 73-cü dəqiqədə əvəzlənib.
"11 nömrə"nin "Rudeş"in qapısına necə yol tapdığı ilə siz də tanış olun: