Bu gün Premyer Liqa klublarının əvəzedici komandaları arasında keçirilən oyunlardan birində xoşagəlməz hal yaşanıb.
Fanat.Az-ın məlumatına görə, 7-ci turun "Səbail-2" - "Araz-Naxçıvan-2" görüşü nəzərdə tutulduğundan 40 dəqiqə gec başlayıb.
Buna səbəb təcili tibbi yardım briqadasının "ASCO Arena"ya gec gəlməsidir.
Qeyd edək ki, təcili tibbi yardım maşınının yubanmasına görə İntizam Komitəsinin 72.4 maddəsinə görə 100 manat cərimə nəzərdə tutulub.
Mirağa