11:00 26.09.2023 1137

"Hücuma birinci məruz qalan mənəm" - Kevin Medina

"Qarabağ"ın futbolçusu Kevin Medina ötən gün "Qəbələ" ilə oyunda komandasını azlıqda qoyub. Qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan müdafiəçi matçdan sonra media nümayəndələrinə danışıb. 

Fanat.Az kolumbiyalının müsahibəsini təqdim edir: 

- Qırmızı vərəqədən sonra sakitləşə bilmisən?
- Mən həmişə sakitəm.

- Amma meydanda belə görünmür. Artıq neçənci dəfədir ki, qırmızı vərəqə alırsan...
- Səhv etmirəmsə, Azərbaycanda üç qırmızı vərəqə almışam. Hər halda, 4-ü keçməmişəm. Mərkəz müdafiəçisi kimi bəlkə də ən azı sarı vərəqə məndədir. 

- Müsahibələrinin birində demişdin ki, qaydasız döyüşlə maraqlanırsan. Hiss olunur ki, futbolçu ilə yanaşı, həm də döyüşçüsən...
- (gülür) Bunlar tamam fərqli idman növləridir. Mənə elə gəlir ki, videotəkrara baxsanız, orda niyə elə reaksiya verdiyimi görəcəksiz. Çoxları hərəkətimə fokuslanıb. Amma əslində, hücuma birinci məruz qalan tərəf mən olmuşam. Ona görə elə reaksiya göstərmək məcburiyyətində qaldım. Hakim qərar vermək üçün bütün epizodu görməlidir. Amma bu, futboldur. Eybi yoxdu, səhvlərdən öyrənirik. 

- Baş məşqçiniz Qurban Qurbanov paltardəyişmə otağında səni çox danladı?
- Yox. Aramızda adi məşqçi – futbolçu dialoqu oldu. 

- Matç barədə nə deyə bilərsən?
- Oyuna ilk dəqiqədən necə ciddi yanaşdığımızı gördünüz. Təxribata uyduğum epizodu nəzərə almasaq, mənə elə gəlir ki, komandamız yaxşı mübarizə apardı.

- Matçdan sonra “Qəbələ”nin insidentdə iştirak edən futbolçuları ilə barışıq söhbətiniz oldumu?
- Əslində, meydanda olanlar meydanda da qalır. Peşəkarlar belə yanaşır. Hamımız insanıq da, olur. Kənarda danışdıq, bir-birimizi anladıq, bir-birimizdən də üzr istədik.

- Qurban Qurbanov təmkinli mütəxəssisin qırmızı vərəqə alması sənin üçün də təəccüblü oldu?
- Bu bir oyundu, mübarizədir. Hamı qalib gəlmək istəyir. Qurbanovu hamımız belə epizodlarda təmkinli yanaşan bir insan kimi tanıyırıq. Bu haqda nə deyəcəyimi həqiqətən bilmirəm.

- Klubun sənə verəcəyi maddi cəriməyə hazırsan?
- Həmişə hər şeyə hazıram.

- Avropa Liqasındakı növbəti matçınız “Hekken”ə qarşıdı. Bu görüşdən nə gözləyirsən?
- Hələlik qarşıda “Sumqayıt”la matç var. Bu matça hazırlaşacağıq. Artıq ondan sonra növbəti görüşə baxarıq, o haqda fikirləşərik.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

Facebookdan bizi izləməyi unutmayın.
X