Berlin “Dinamo”sunun baş məşqçisi Dirk Kunert komandanın azərbaycanlı hücumçusu Rüfət Dadaşovun Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasının 9-cu turunun matçında - “Çemnitser”lə oyunda (4:0) etdiyi het-triki şərh edib.
Fanat.Az xəbər verir ki, "Berliner Kurier" onun dediklərini belə çatdırıb:
“Dadaşov üçün qol vurmaq inanılmaz dərəcədə vacib idi. Həm məşqdə, həm də matçlarda daim inkişafdadır. Çox şadam ki, bu oyunda qələbə qazanmağımıza böyük faydası dəydi”.
"Çemnitser"in çalışdırıcısı isə Rüfətin performansını bir cümlə ilə dəyərləndirib: "O, top hücumçudur".
Qeyd edək ki, hesabında 9 qol olan Dadaşov çempionatın bombardirlər cədvəlinə başçılıq edir.
Nihat