Dünən Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Hekken"in futbolçuları məğlubiyyətin səbəbini hakimin qərarında axtarıblar. Həm referinin penalti qeydə almadığı epizodda yerdə qalan Rüqor bu barədə danışıb, həm də komanda yoldaşları.
Fanat.Az İsveç təmsilçisinin oyunçularının açıqlamalarını təqdim edir:
Mikkel Rüqor: "VAR tətbiq olunursa, hakimlər düzgün qərarlar verməlidirlər. Bu oyunda texnologiya işə yaramadı. Təəssüf ki, belə alınır. Oyundan sonra məni cərimə meydanında necə yıxdıqlarını gördüm".
Amur Layuni: "Epizodun təkrarını görəndə özümdən çıxdım. "Bayer"lə oyunda da eyni hal yaşanmışdı. VAR-ın bu matçlarda niyə tətbiq olunduğunu başa düşmürəm. Hakimlər VAR-a baxmaq istəmirlərsə, yoxlamırlar".
Samuel Qustafson: “Hakimə qarşı çıxanda o düşündü ki, susmalıyam. Bu, vacib epizod idi. Bu, görüşün nəticəsinə təsir edə bilərdi. Hakimlər necə belə qərar verə bildiklərini anlamağa çətinlik çəkirəm?”
Edvard Çilufya: "Nəticə yaxşı olmasa da, çox yaxşı oynadıq. Amma komanda olaraq performansımızın ürəkaçan olduğunu düşünürəm. Təbii ki, uduzduğumuz üçün bədbəxtəm. Minimal hesabla gəlmək şansımız var idi. Amma istədiyimizə çatmadıq".
Nihat