Almaniyanın Şimal-Şərq Regional Liqasında 10-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi Berlin "Dinamo"su da növbəti matçına çıxıb.
Rüfətin komandası öz meydanında "Lukkenvalde"ni darmadağın edib.
Millimizin sabiq forvardı komandasının 2-ci qoluna imza atıb. Sözügedən liqada vurduğu topların sayını 10-a çatdıran Dadaşov bombardirlər cədvəlində liderliyini davam etdirir.
Qeyd edək ki, 21 xalı olan "Dinamo" turnir cədvəlinin 3-cü pilləsindədir.
Nihat