Misli Premyer Liqasının 9-cu turunda "Neftçi" son çempion "Qarabağ"ı qəbul etdi. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşdı.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb turun mərkəzi oyunu ilə bağlı fikirlərini öyrəndik.
"Şöhrət" ordenli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Futbol sadə oyundur. Bu sadə oyunu oynamaq lazımdır. "Neftçi"də oyun yoxdur. Birincisi, legionerlərlə bağlı problemləri var. Zəif oynadılar. "Neftçi" hər il çempionluğa oynamalıdır və hər il də avrokubokların qrupunda olmalıdır. Çünki komandanın büdcəsi və şəraiti bu hədəfə uyğundur. Dünən "Qarabağ"ın dörd-beş əsas oyunçusu oynamırdı. Bir-ikisi meydana sonradan daxil oldu. Bu klub çempionluğa layiqdir".
Nahid Məmmədov