Xorvatiya çempionatının 10-cu turunda "İstra"nı qəbul edən Zaqreb "Dinamo"su 3:0 hesablı qələbə qazanıb.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan millisinin forvardı Mahir Emreli komandasının ikinci qolunun ötürməsini verib.
Üçüncü qol öncə Mahirin adına yazılsa da, sonradan müəllif qismində Mauro Petkoviçin adı qeyd olunub.
Həmin matçdan hazırlanmış videoicmalı tədim edirik: