Klubların yeni dünya reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) siyahısında 414 komanda yer alıb.
Siyahıya Azərbaycan klublarından "Qarabağ", "Sabah" və "Neftçi" düşüb.
"Qarabağ" ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib və 61-ci sırada qərarlaşıb. Ağdam klubunun 144,5 reytinq xalı var. Azərbaycan çempionu sıralamada İngiltərənin "Çelsi" və "Tottenhem"dən, eləcə də Türkiyə nəhəngi "Qalatasaray"dan öndə qərarlaşıb.
"Sabah" isə 16 pillə geriləyərək 302-yə düşüb. Bakı klubunun aktivində 63,5 xal var. "Neftçi" isə 7 pillə geriləyib. "Ağ-qaralar" 61,75 xalla 318-ci sırada yer alıb.
Siyahıya 304 xalla "Mançester Siti" başçılıq edir.