“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət AÇ-2025-in seçmə mərhələsində keçiriləcək Bolqarıstan – Kosovo matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 17-də Sofiyada keçiriləcək görüş saat 19:30-da başlayacaq.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.